17 martda keçirilmiş buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ AÇIQLAMA
![17 martda keçirilmiş buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ AÇIQLAMA](https://sfera.az/photo/orginal/2024/03/18/1710747758_imtahan6.jpg)
Təhsil
11:41 / 18.03.2024
4199
2024-cü il martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın nəticələrinin elan olunacağı tarix açıqlanıb.
Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
“İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur”,-məlumatda bildirilib.
Qeyd edək ki, imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
Firuzə Əliyeva