\"Valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq\" - BŞTİ

15:05 / 05.03.2024
4222
"Valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması əsas hədəflərimizdəndir".
Sfera.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.
O bildirib ki, bu, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Firuzə Əliyeva