"Azərbaycanda məktəblilərin siqaretçəkmə halları sıfır faizdir" - RƏSMİ
"Şagirdi məktəbdən çıxarmaq çıxış yolu deyil".
Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Məktəb şagirdi bacara bilirsə, islah etməlidir. Məktəbin qapalı tədris müəssisələri var, lakin bizdə yoxdur. Şagird cinayət törədibsə, iş düşmürsə, valideynin icazəsi ilə qapalı tədris müəssisəsinə yönləndirilə bilər. "PISA 2018"in şagirdlərin qısnamaya məruz qalması istiqamətində araşdırmasına görə, Azərbaycan üzrə sorğuda iştirak etmiş şagirdlərin 21-i təcridolunma, 21-i ələsalma, 20-si qorxutma, 21-i şəxsi əşyalara zərər vermə, 22-si fiziki təmas, 23-ü isə neqativ yayınma halları ilə üzləşir. Elə ölkə yoxdur ki, orada bullinq olmasın. Azərbaycanda hər 5 uşaqdan biri qısnama ilə üzləşir. Lakin bu, bütün dünyada var. Ölkəmizdə məktəblilərin siqaretçəkmə halları isə demək olar, sıfır faizdir".
Firuzə Əliyeva