\"Dünyanın hər yerində məktəblərdə hadisələr baş verir\" - Emin Əmrullayev

\

"Dünyanın hər yerində məktəblərdə hadisələr baş verir".

 

Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

"1.5 milyon şagird olan məktəbdlərdə hadisə baş verməsi normaldır. Məktəblərdə bədbəxt hadisə, anlaşmazlıq, valideynlərlə, müəllimlə, şagirdlərlə münasibətdə müəyyən hadisələr baş verə bilər. Məktəbdə hansısa hadisə olarsa, hadisəni törədən bir tərəfdə qalır, cəmiyyətdə başqa məsələlər üzrə cəza tədbirləri tələb edilir. Əgər cinayət tərkibi varsa, hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Bu məsələni qiymətləndirən qurum hansısa bloger, jurnalist və ya başqası deyil. Məhkəmə qərarı olduqdan sonra həmin hadisəni törətmiş şəxsə cəza verilir. Əgər cinayət və ya inzibati xəta deyilsə, məsələn, uşaqlar məktəbdə bir-biri ilə dalaşırsa, ilk növbədə, məktəb kollektivi həll edə bilirsə, məsələ həll edilmiş sayılır. Çünki uşaqlar evdə də dalaşa bilər. Belə hadisə baş verəndə onu çəkib, sosial şəbəkədə paylaşıb, müəllimi günahlandırmaq doğru deyil".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR