Qarabağ Universitetinin nizamnamə fondu 10 milyon manat olacaq

Qarabağ Universitetinin nizamnamə fondu 10 milyon manat olacaq

Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

 

Nizamnaməyə əsasən, Universitetin nizamnamə fondu 10.000.000 (on milyon) manatdır.

 

Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.

 

Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

 

Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.

 

Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik və ya Nazirliyin səlahiyyət verdiyi şəxs həyata keçirir.

 

Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq normativlərə uyğun olmalıdır.

 

Universitet “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.

 

Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

 

Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Universitet Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

 

Universitetin bu Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

 

Universitetin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, Universitetin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.

 

Universitet fəaliyyətindən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq xərcləyir.

 

Universitetdə dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən olunur. Universitetin ödənişli təhsil xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin və xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.


OXŞAR XƏBƏRLƏR

Rusiya kosmosa nüvə silahı yerləşdirir? – Putin AÇIQLADI 

“Rusiya kosmosda nüvə silahı yerləşdirməyi planlaşdırmır”.   Sfera.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Ş...

Qətlə yetirilən baş həkimin qudası DANIŞDI: "Mənə xəbər verdilər ki..." - FOTO

"Heç kəsdən şübhələnmirik. Çünki heç kimlə işləri olmayan bir ailə olub".   Sfera.az news24.az-a istinadən xəbər verir ki, bunu bugün Salya...

Naxçıvanın İqtisadiyyat Nazirliyində vəzifə TƏYİNATLARI OLDU

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub.   Sfera.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin ...

Azərbaycan BƏƏ ilə "yaşıl enerji"yə investisiya imkanlarını MÜZAKİRƏ ETDİ  - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə "yaşıl enerji" layihələrinin genişləndirilməsi üçün investisiya imkanlarını müz...

Hikmət Hacıyev: "Cənubi Qafqazda artıq de-fakto sülh var"

Cənubi Qafqazda artıq de-fakto sülh var.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xari...

Azərbaycan və Rusiya XİN başçıları Türkiyədə GÖRÜŞDÜ - YENİLƏNDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.   ...