Türkiyənin milli təhsil naziri Azərbaycanda səfərdədir - FOTOLAR

Türkiyənin milli təhsil naziri Azərbaycanda səfərdədir - FOTOLAR

Yanvarın 30-dan Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Azərbaycanda səfərdədir.  

 

Sfera.az xəbər verir ki,  Yusuf Tekin və nümayəndə heyəti yanvarın 31-də Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

 

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət edilərək şəhidlərin xatirəsi yad olunub.

 

Səfər çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib.

 

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilib.
 

Elm və təhsil naziri Emin Əmrullayev qardaş ölkələr arasında təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində imkanların artırılacağını diqqətə çatdırıb.
 

Türkiyənin milli təhsil naziri Yusuf Tekin öz növbəsində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.

 

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri barədə fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...