Xəstəxana direktoru açıqladı: Qızılcadan ölən məktəbli...

Xəstəxana direktoru açıqladı: Qızılcadan ölən məktəbli...

Neftçala rayonunda vəfat edən məktəbli ilə bağlı bəzi təfərrüat məlum olub.

 

Sfera.az-ın Azərtac-a istinadən məlumatına görə, Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev bildirib ki, Aşağı Surra kəndində yaşayan Samirə Elxan qızı Əliyevadan əvvəl həmin ailədə olan digər uşaq Samir Əliyevin qızılcaya yoluxması ilə bağlı kənddə yerləşən tibb məntəqəsinə müraciət olunub.

 

“Dərhal həkimlər tərəfindən ailədə olan hər üç uşaq - 2010-cu il təvəllüdlü Samir Əliyev, 2013-ci il təvəllüdlü Samirə Əliyeva, 2016-cı il təvəllüdlü Kərim Əliyev yoxlanılaraq müayinə olunub. Qızılcaya yoluxan Samir Əliyevin noyabrın 27-də növbəti müayinə zamanı sağaldığı və digər uşaqlarda hər hansısa qızılca əlamətinin olmadığı müəyyən edilib. Noyabrın 30-da isə Samirə Əliyevanın qızılcaya yoluxması göstəriciləri ilə bağlı tibb məntəqəsinə yenidən müraciət olunub. Həkimlər müayinə zamanı onda 37,2-37,5 dərəcə hərarət və yüngül səpkilərin olduğunu aşkarlayıblar və mütəmadi olaraq Samirə Əliyeva və digər uşaqlar həkimlərin nəzarətində saxlanılıb. Ötən gün həkimlər növbəti dəfə həmin ailədə uşaqları müayinə edən zaman hansısa təhlükəli hal müşahidə etməyiblər. Bu gün səhər saatlarında isə Samirə Əliyevanın səhhəti anidən ağırlaşdığı üçün ailəsi tərəfindən uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda vəfat edib”, - deyə xəstəxananın direktoru qeyd edib.


OXŞAR XƏBƏRLƏR

ABŞ 2023-2024-cü illərdə Ukraynaya kasetli döyüş sursatlarının tədarükünə İCAZƏ VERDİ

ABŞ 2023-cü ilin iyulundan 2024-cü ilin aprelinə qədər Kiyevə beş dəfə kasetli sursat tədarükünə icazə verib.   Sfera.az TASS-a istinadən xəbər verir...

Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə ÇAĞIRDI

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb.   Sfera.az “Anadolu”ya istinadən xəbər ve...

Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağ...

Bu şəxs ilk trilyonçu olmağa namizəddir - Sərvəti hər il 110 faiz artır

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ilk trilyonçusu olmağa əsas namizəddir.   Sfera.az xəbər verir ...

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ÖLDÜ

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.   Sfera.az-ın xəbərinə görə, hadisə Digah yaşayış massivində qeydə alınıb.   Belə...

Türkiyə tilsimi qırır - On üç ildən sonra ilk dəfə

Türkiyə 13 ildən sonra Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərəb ...