Nazir şöbə müdirini sədr təyin etdi
![Nazir şöbə müdirini sədr təyin etdi](https://sfera.az/photo/orginal/2023/12/04/1701706193_emin-emrullayev.jpg)
20:05 / 04.12.2023
9102
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
Bu barədə Sfera.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Tural Əhmədov bundan öncə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.