“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

Ölkəmizdə müəyyən maneələri aşmaqla dövlət qulluğunda müəyyən vəzifələrdə çalışmaq mümkündür. Bunun üçün dövlət qulluğunun qəbul imtahanın test, daha sonra müsahibə mərhələsini keçməlisən. Lakin iş bununla bitmir.

 

Namizədlərin qarşılaşdığı ən böyük problem vakant yerlərinin sayının azlığıdır. Dövlət orqanlarında işləmək istəyənlər çox, təklif edilən vəzifələrin sayı isə azdır. Nəticədə, xeyli namizəd dövlət qulluqçusu olmaq arzusunu reallaşdıra bilmir. Amma dövlət orqanlarında belə vəzifələrdə müddətli müqavilə ilə işləyən kifayət qədər kadr var.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkədə təhsil almış şəxslərin yalnız 42 faizi öz ixtisası üzrə işləyir. Son 3 ildə dövlət qulluğuna müraciətlərin sayında azalma müşahidə olunur. Əsas səbəb isə ikinci mərhələyə, yəni müsahibə mərhələsinə edilən müdaxilələlərdir. Digər nüans isə təyinat məsələsidir. Test və müsahibə mərhələsindən keçənlərin 23 faizi işə qəbul olunur. Dövlət qulluğuna qəbul zamanı əsassız tələblər də olur”.

 

Ekspertin fikrincə, dövlət qulluğuna qəbulun daha da şəffaflaşdırılması üçün bütün səlahiyyətlər Dövlət İmtahan Mərkəzinə həvalə edilməlidir. Eyni zamanda beynəlxalq təcrübədən istifadə olunmalıdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...