Heydər Əliyev Fondunun Cəlilabadda inşa etdiyi yeni məktəb binası istifadəyə verilib - FOTO

Heydər Əliyev Fondunun Cəlilabadda inşa etdiyi yeni məktəb binası istifadəyə verilib - FOTO

Heydər Əliyev Fondunun Cəlilabad rayonunun Sərhədabad kəndində inşa etdiyi yeni məktəb binası istifadəyə verilib.

 

Sfera.az-ın məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, 1976-cı ildə inşa olunmuş məktəb köhnəldiyindən fond Sərhədabad kəndi üçün yeni məktəb binasının inşasını həyata keçirib. 360 şagird yerlik üçmərtəbəli yeni təhsil ocağı dörd korpusdan ibarətdir.

Bu təhsil müəssisəsi də fond tərəfindən zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb. (Report)

 


OXŞAR XƏBƏRLƏR

Naxçıvanda maşın vuran kişi xəstəxanada ÖLDÜ

Naxçıvan şəhərində maşın vuran kişi xəstəxanada ölüb.   Sfera.az report-a istinadən xəbər verir ki, altı gün öncə gecə saatlarında Naxçıvan şəhə...

Bu gün 5 rayonda qaz KƏSİLƏCƏK - RƏSMİ

Qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Bakının Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir...

ŞƏT-in Astana sammitində müzakirə olunacaq məsələlər AÇIQLANDI

3-4 iyul tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitində qurumun regional və beynəlxalq səviyyəli aktual problemlərin həllindəki rol...

G7 ölkələri bu tarixlərdə TOPLANIR: Hansı məsələləri müzakirə edəcəklər?

G7 ölkələrinin liderləri bir araya gəliblər.   Sfera.az bildirir ki, G7 Sammiti İtaliyanın ev sahibliyi ilə başlayıb. Liderlər iki gün İtaliyanın cən...

Modriç "Real"da qalmaq üçün qazancının iki dəfə azaldılmasına RAZILIQ VERDİ

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç İspaniyanın "Real" klubunda qalmaq üçün illik qazancının iki dəfə azaldılmasına razılıq verib. &n...

Ermənistanın KTMT-dən çıxmağı gözə alıb, Rusiyanın cavabı necə olacaq? - AÇIQLAMA

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyini açıqlayıb. O, bu barədə parlament...