Rektor təyin olunan Rüfət Əzizov kimdir? – DOSYE

Rektor təyin olunan Rüfət Əzizov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Rüfət Əzizovun tərcümeyi-halını təqdim edirik:

 

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olmuş və 2003-cü ildə məzun olmuşdur.

 

Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini almışdır. 

 

2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olmuşdur (Chartered Scientist).

 

2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirmişdir. 

 

Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak etmişdir - onlardan Cornell Universiteti Ali İdarəetmə, George Washington Universiteti Layihələrin İdarə olunması və Oxford Universiteti Süni İntellekt Proqramını qeyd etmək olar.

 

Rüfət Əzizovun iş təcrübəsi  biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir. 

 

2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etmişdir.

 

8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanmış, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışmışdır.

 

2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə "BP-də İlin Mühəndisi” Mükafatına layiq görülmüşdür. 

 

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal - Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə etmişdir.

 

2019-cu ildə Earnst & Young "İlin İş Adamı” müsabiqəsində Sosial Təsir nominasiyası üzrə qalib olmuşdur. 

 

7 yanvar 2021-ci ildə Emin Əmrullayevin əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

 

Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. 

 

Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. 

 

"Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. 

 

Müxtəlif illərdə təhsil və elmlə bağlı IJSO, ISEF və digər beynəlxalq yarışların juri üzvü qismində iştirak etmişdir.

 

Ailəlidir. 2 övladı var.

 

Orxan

 


OXŞAR XƏBƏRLƏR

"Bayden hakimiyyətdə qala bilmək üçün Avropada daha çox..." - Zaxarova

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Baş katibi Yens Stoltenberqin Kiyevə silah tədarükünün alyansa üzv ölkələr üçün məcburi o...

Nikol Paşinyan: "Lukaşenko prezident olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcəyəm"

Bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.   Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Ni...

ABŞ-nin dövlət büdcəsinin kəsiri KƏSKİN ARTDI – RƏQƏMLƏR

  Dünyada ən böyük dövlət büdcəsinə sahib olan ABŞ-də büdcə kəsiri rekord həddə yüksəlib.   Sfera.az xəbər verir ki, ABŞ-də federal büdcə kə...

Mövqelərimiz bu istiqamətdə ATƏŞƏ TUTULDU - MN-dən TƏCİLİ MƏLUMAT

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordu...

Naxçıvanda maşın vuran kişi xəstəxanada ÖLDÜ

Naxçıvan şəhərində maşın vuran kişi xəstəxanada ölüb.   Sfera.az report-a istinadən xəbər verir ki, altı gün öncə gecə saatlarında Naxçıvan şəhə...

Bu gün 5 rayonda qaz KƏSİLƏCƏK - RƏSMİ

Qaz təchizatı sistemində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Bakının Xəzər, Sabunçu, Binəqədi, Nəsimi və Yasamal rayonlarının bir...