Uşaqların məktəbə adaptasiyası üçün valideynlər nələr etməlidir? - Psixoloq incə məqamları AÇIQLADI

Uşaqların məktəbə adaptasiyası üçün valideynlər nələr etməlidir? - Psixoloq incə məqamları AÇIQLADI

Məlum olduğu kimi, sentyabrın 15-də məktəblər yeni tədris ilinə start verəcək. Hər il yüzlərlə uşaq məktəbə başlayanda adaptasiya problemi yaşayır.

 

Bəs bu problemin təməlində nə durur və həlli üçün nələr edilməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli məktəbin psixoloqu Ülviyyə Hüseynli bildirib ki, adaptasiya problemi hər yaş dövründə rastımıza çıxa biləcək məsələdir:

 

“Şagirdlərin məktəbə getmək istəməməsi, adaptasiya problemlərinin təməli çox vaxt birinci sinifdə qoyulur. Digər səbəblər isə yaşıdları ilə yola getməməsi, bullinqə məruz qalması, hansısa dərsi anlamaması və müəllimdən təzyiq görməsi ola bilər. 


Ümumiyyətlə, adaptasiya müddəti uşaqdan-uşağa dəyişən bir prosesdir. Bəzi uşaqlarda heç belə bir problem yaşanmır, bəzilərində ilk vaxtlar baş versə də, sonradan həll olunur. Elələri də var ki, uzun müddət davam edir. Bu da daha ciddi problemlərə gətirib çıxarır. Adaptasiya müddəti uşaqların temperament tipi, özünəinam, ailə vəziyyəti, valideynlərinin ona olan davranışı kimi səbəblərə görə fərqlənir”. 


Psixoloq uşaqlarda bu problemin yaranmasına əsas səbəbin valideynlər olduğunu söyləyib:


“Bu hallara daha çox azyaşlı dövrdə- ilk dəfə bağçaya, məktəbə başlayan uşaqlarda rast gəlinir. Çünki çox vaxt valideynlər uşağın əvəzinə hər şeyi özləri edirlər. Hətta bəzən gecə özləri ilə yatırırlar. Beləliklə, övladlarını özlərindən asılı vəziyyətə gətirirlər. Bunu çox vaxt analar edir. Belə olan halda uşaq heç bilmədiyi bir mühitə düşəndə artıq valideynini axtarır. Çünki uşağın valideyni olmadan nəsə edə biləcəyinə dair inamı yoxdur. Valideynlərin bu tip hərəkətləri uşaqda həm adaptasiya problemi, həm də özgüvən əskikliyi yarardır. Bu kimi hallarda uşağın ağlaya-ağlaya həmin mühitə öyrəşməsini gözləmək olmaz. Çünki bir çox valideyn bu mövzuda maariflənməyib. 


Çox yaxşı olardı ki, uşağın öyrəşməsi üçün mümkündürsə, onu aparıb öncədən məktəbdəki mühitlə, müəllimləri, sinifyoldaşları ilə tanış etsinlər. Çünki bu problem ancaq məktəbə, müəlliminə olan güvənin yaranması ilə həll oluna bilər. Əgər mümkün deyilsə, evdə məktəblə bağlı şəkillərə baxa bilərlər, yaxud valideyn təkbətək uşaqla yetişkin bir insanmış kimi söhbət edib məktəbə yeni başlaması ilə bağlı fikirlərini, keçirdiyi hissləri soruşa bilər”. 

 

Ü.Hüseynli onu da qeyd edib ki, uşaqlara məktəb cəza vasitəsi kimi aşılanmamalıdır:

 

“Bu problemin digər səbəblərindən də biri odur ki, müəyyən müddətdən sonra bəzi valideynlər məktəbi uşağa bir cəza vasitəsi kimi təqdim edir. Məsələn, deyirlər ki, artıq səndən bezmişəm, məktəb başlasaydı, canım səndən qurtulardı. Uşaq da istər-istəməz məktəbi, sinifdə oturmağı, dərsi bir cəza mexanizmi olaraq düşündüyü üçün məktəbə getmək istəmir. Bunu yerinə, məktəbi dərsdən əlavə, əylənə biləcəyi, həyat, rənglər, heyvanlar, təbiətlə bağlı yeni məlumatlar öyrənəcəyi maraqlı bir yer kimi təsvir etməlidirlər”. 

 

Ekspert məsələnin həlli yollarından biri olaraq valideynin sinifdə uşaqla birlikdə oturmasına icazə verilməli olduğunu da vurğulayıb:

 

“Əgər bunların heç biri nəticə vermir və uşaq hələ də məktəbə getmək istəmirsə, bir müddət valideynin sinif otağında uşaqla oturmasına icazə verilməlidir. Bir müddət yanında əyləşməli daha sonra qapıya yaxın yerdə oturmalı, bir neçə həftə keçəndən sonra qapıdan görünməlidir. Bu proses 3-6 ay belə çəkə bilər. Bu üsulla bir neçə aydan sonra artıq uşaq valideynindən tədricən ayrılacaq və sinif otağında rahat otura biləcək, çünki həmin mühitə öyrəşmiş olacaq. Birdən-birə uşağı valideynindən ayırmaq daha böyük problemlərə, hətta (uşağı hədsiz dərəcədə asılı olduğu şeydən anidən qoparmaq) autizmə belə gətirib çıxara bilər. 
Sonda onu da qeyd edim ki, bu prosesin həyata keçirilməsi üçün məktəb psixoloquna müraciət olunmalıdır”. 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

DİN-dən özlərini qazi kimi təqdim edənlərlə bağlı məlumat

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.   Sfera.az xəbər ver...

Köçəryanın oğlu saxlanıldı

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan saxlanılıb.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki,...

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu...

Faciəvi şəkildə vəfat edən qız Qarabağda şəhid olan polisin sevgilisi imiş - İDDİA

Sentyabrın 22-də Xırdalanda Qasımzadə Arzu Kamal qızının intihar etməsinin əsas səbəbi hələ ki açıqlanmayıb.   Lent.az-ın apardığı araşdırma zamanı i...

Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb - FOTO

“BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibinin müavi...

Hakan Fidan Blinkenlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” m...