Nazir yüksək bal toplayan şəhid anası ilə görüşdü - FOTO
23:50 / 30.08.2023
8966
Təhsil naziri Emin Əmrullayev Zaqatalaya səfər zamanı rayonun Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Südabə Qazıyeva ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə nazir özünün sosial media hesabında paylaşım edib.
"Görüş zamanı müəllimlərin sertifikatlaşdırılması imtahanının nəticələri və rayonda təhsilin keyfiyyəti barədə fikir mübadiləsi apardıq.
Sertifikatlaşdırmada ölkə üzrə ən yüksək nəticə əldə edən müəllimlərdən biri olan Südabə Qazıyeva həm də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anasıdır", - o qeyd edib.
Xatırladaq ki, Südabə Qaziyeva müəllimlərin sertifikasiya imtahanında 60 baldan 59 bal toplayıb.