Laçının Sus kəndində məktəb tikintisinə başlanılıb

19:07 / 23.08.2023
7301
Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Sus kəndi 2022-ci il avqustun 26-da erməni işğalından azad edilib və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Hazırda Susda təmir-bərpa işləri həyata keçirilir.