Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır

Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır

Bu gündən lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır.

 

Bu barədə Sfera.az.a Elm və Təhsil Nazirliyindən bildirilib.

 

Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

 

Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.

 

Qeyd edək ki, şagirdin sənədləri təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməlidir.

 

Bu ərizə şagirdin əvvəl təhsil aldığı məktəbin modulundan da əldə edilə bilər.


OXŞAR XƏBƏRLƏR

Sabahın hava proqnozu AÇIQLANDI

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bə...

Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”

“Daha ədalətli dünya üçün çalışmalıyıq”.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkila...

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...

Aparıcı kastinqi ELAN EDİLDİ

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi aparıcı kastinqini elan edib.   Sfera.az xəbər verir ki, kastinqin keçirilməsində məqsəd yeni və i...

“Dövlət qulluğuna qəbulla bağlı bütün  səlahiyyətlər DİM-ə verilməlidir” – Kamran Əsədov

Ölkəmizdə müəyyən maneələri aşmaqla dövlət qulluğunda müəyyən vəzifələrdə çalışmaq mümkündür. Bunun üçün dövlət qulluğunun qəbul imtahanın test, daha sonra müsa...