10 mindən çox vakant yer MİQ-ə təqdim edildi

10 mindən çox vakant yer MİQ-ə təqdim edildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə dair məlumatlar açıqlanıb.

 

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunmuş bütün vakansiyalar namizədlər tərəfindən tutulub.

 

Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb.

 

Qeyd edək ki, bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...