No Image
No Image

Təhsil Nazirliyi "Tələbə Krediti Fondu"nun kapital məbləğini açıqladı

Təhsil Nazirliyi
Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb.

Sfera.az xəbər verir ki, Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir.

Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.

Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq.

Fond sərbəst pul vəsaitindən yalnız aşağıdakı istiqamətlər üzrə istifadə edəcək:

- Fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi;

- təhsil tələbə kreditlərinin maliyyələşdirilməsi;

- dövlət qiymətli kağızlarının əldə olunması;

- beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklarda depozitlərin yerləşdirilməsi.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara MÜNASİBƏT

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunan test tapşırıqları haqqında sosial şəbəkədə yayıla...

ARTİ qrant müsabiqəsinin qalibi oldu

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) "SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) "Logistika və nəqliyyat”...

I və IV ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin sayı açıqlandı

Dövlət İmtahan Mərkəzi 27-28 iyulda I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək. Mə...

Daşkəsəndə yeni məktəb tikiləcək

Prezident İlham Əliyev "Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sfera.az xəbər ve...

Övladını rus bölməsinə qoyan valideynlərin NƏZƏRİNƏ! Seçimin vaxtı dəyişdirildi

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib. Sfera.az xə...

Müəllim olmaq istəyən iki nəfər ən yüksək bal topladı - FOTO

İyulun 15-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində təsviri incəsənət fənni üzrə müəllim olmaq istəyən namizədlər üçün imtahan keçir...