Təhsil naziri məktəbəqədər təhsil qruplarının sayını AÇIQLADI

Təhsil naziri məktəbəqədər təhsil qruplarının sayını AÇIQLADI
2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək.

Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev öz "Facebook” səhifəsində paylaşım edib.

Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən icma əsaslı məktəbəqədər təhsil layihəsi təqribən 15 000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək:

"776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

OXŞAR XƏBƏRLƏR