\"Təhqiqat qrupu bağçadadır...\" - DİN-dən uşağı vuran tərbiyəçi ilə bağlı açıqlama

\
İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.

Bu barədə DİN-dən Sfera.az-a məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:

"Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi-müəlliməsi, 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”.
 


OXŞAR XƏBƏRLƏR