TƏBİB-dən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama

TƏBİB-dən
 TƏBİB Masallıda güllə yarası alan "Azərişıq" ASC-nin əməkdaşının vəziyyəti barədə məlumat verib.

TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, Ramal Sudeif oğlu Bağırovun vəziyyəti stabildir:

"R.Bağırov körpücük sümüyündən güllə yarası alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda vəziyyəti stabildir".

Qeyd edək ki, Masallı rayon Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb. Nəticədə 1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların sıyrılması, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü Ramal Sudeif oğlu Bağırovun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

"Səhvim oldu, prezident də çıxardı" - Arif Qasımov

 Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib. ...

Bu icra başçısı vəzifədən azad edildi - Sərəncam

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı tutduğu vəzifədən azad edilib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağl...

SON DƏQİQƏ! Vilayət Eyvazov generalı vəzifəsindən AZAD ETDİ

 Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Sfera.az xəbər ve...

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi – SON DƏQİQƏ

  Xarici İşlər Nazirliyinin daha 2 yüksək rütbəli əməkdaşı həbs edilib. Sfera.az xəbər verir ki, Səbail rayon Məhkəməsindən Haqqin.az-a verilən məlu...

Koronavirus da 3-4 aydan sonra bitəcək, 10-15 manatlıq...-AÇIQLAMA

  Xəbər verdiyimiz kimi ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü ...

Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar

  Xəbər verdiyimiz kimi, dünən gecə Azərbaycanın Xalq artisti Canəli Əkbərovun oğlu Asəf Əkbərov vəfat edib.     "MediaPost”un məlumatına gör...