Təbəssümü ilə düşmənə dərs verən balaca qəhraman: "Gülərək qorxmadığımı demək istəyirdim"

Təbəssümü ilə düşmənə dərs verən balaca qəhraman:
Ötən il oktyabrın 11-də gecə saat 2 radələrində Gəncənin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində xəsarət alan balaca qəhraman 1 il sonra o anları yenə təbəssümlə xatırlayır. 

Bir il öncə, oktyabrın 11-də gecə saat 2 radələrində Gəncənin "Qələbə parkı" adlanan ərazinin yaxınlığında olan çox mənzilli bina və fərdi evlərin olduğu küçəyə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulur. 

Düşmən bir daha beynəlxalq hüququn prinsiplərini pozaraq döyüş meydanından kənar və sivil insanların kompakt yaşadığı ərazi olan ölkənin ikinci ən böyük şəhərini qana bürüyür. 

Həmin dəhşətli gecədə, 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri xəstəxanada dünyasını dəyişir. 

Hadisə zamanı 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ciddi ziyan dəyir.

O, gecə xəsarət alanlardan biri də Bəxtiyar Heydərli olur. Onun ozaman 5 yaşı var idi və ailəsinlə birgə yaşadıqları evdə yatdığı zaman düşmənin hücumuna məruz qalır. Hadisə zamanı onların da evi dağılır və bu zaman başından xəsarət alır.
 



O, yaxınları ilə birgə xəstəxanaya aparılan zaman təcili tibbi yardım maşınında kamera önündə üzü qanlı halda gülümsəməsi isə düşmənə ağır və atdıqları raketdən belə sarsıdıcı bir mesaj olur. O, təbəssümü ilə ermənilərin illərdi törətdiyi vəhşiliklərə baxmayaraq bu millətin uşaqları belə qorxusuz olduğunu göstərir. 

Müxbirimizlə həmsöhbət olan Bəxtiyar Heydərli o dəhşətli gecəni unutmadığını lakin buna baxmayaraq yenə təbəssümü ilə yada saldığını bildirir.


"Mən həmin gecə yatırdım, birdən bərk səs eşitdim, oyananda baxdım ki, evimiz dağılıb. Valideynlərim bacımla məni evdən çıxardılar, başımdan qan axırdı amma mən nə qorxdum nədə ki, ağladım. Sonra bizi təcili tibbi yardım maşınına apardılar, ətrafda insanlar çox idi danışırdılar ki, ermənilər raket atıb, ətrafa baxdım ki, hər yer dağılıb. Sonra bizi xəstəxanaya apardılar. Həkimlər yaramı sarıdı. Onda da ağlamadım heç." 



Altı yaşlı müsahibimiz kameralar qarşısında gülümsəməsinin səbəbini də dedi:

"Mən qorxmurdum, gülümsəyərək qorxum olmadığını deməyə çalışırdım. Xəstəxanada da dedilər bu balaca uşağa halal olsun nə ağlayır nə qorxur. Mən internetdə özümü gördüm, sonra hamı deyirdi ki, bu həmin uşaqdır.


Sonralar milli qəhrəmanımız Şəhid Polad Həşimovla birgə düzəldilmiş olan fotolarımı da gördüm. Mən də Polad Həşimov kimi olmaq istəyirəm, onun kimi qəhraman, qorxmaz igid biri olacam həmişə."-deyə balaca qəhraman onu da əlavə etdi ki, düşmən vəhşilik edib, qonşuluqda olan körpə uşaqları, böyük insanları qətlə yetirib. Amma sevinir ki, əsgərlərimiz hamsının qisasını aldı. 

Qeyd edək ki, həmin gecə düşmən Gəncə şəhərinə ballistik raket atıb.
 
Sfera.az
Sami Süleymanlı
Sehliyali
Turan Bank