Maraqlı

Tanışını düzgün zibil atmadığına görə öldürdü

Tanışını düzgün zibil atmadığına görə öldürdü

Kiyev vilayətinin Vasilov rayonunda sərxoş kişi tanışını qətlə yetirib. 

Vesti.ua xəbər verir ki, hadisə rayonun Qlovaxa qəsəbəsində baş verib.

Üç nəfər qəsəbədəki bağ evində spirtli içki qəbul edib. Daha sonra ev sahibi qonaqları təklikdə buraxıb və yatmağa gedib. 

Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisəyə səbəb zibilin düzgün atılmaması olub. Tanışlardan biri digərini ürəyindən bıçaqlayıb. Yaralı şəxs hadisə yerində ölüb. 

Hadisəni törədən şəxs saxlanılıb və əməlini etiraf edib.(oxu.az)


XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031