Tanınmış həkim koronavirusu bitirməyin yolunu açıqladı: “5 həftə heç kim evdən çıxmasa...”

Tanınmış həkim koronavirusu bitirməyin yolunu açıqladı:  “5 həftə heç kim evdən çıxmasa...”
"Bu koronavirusun öhdəsindən gəlmək olarmı? Əlbəttə! Üç həftə heç kəs evdən çıxmır və vəssəlam. Korona bununla da bitir”.
 
Sfera.az xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyib. O bildirib ki, amma xəstə olanlar var:
 
"Şəkəri olan var, dərman almalıdır. Aptekləri açaq? Onda ümumi 5 həftə deyək. Camaat çörək yeməlidir. Demək dəyirman, çörəkbişirmə zavodları və marketlər işləməlidir. Buna da əlavə 2 həftə, əslində isə çox uzun müddət. Bu hesabla evdə oturaraq bu mərətdən qurtara bilmərik. Hamının nəyəsə ehtiyacı var. Kimiləri məscid istəyir, kimiləri toyxana, kimiləri isə yas məclisi”.
 
V.İsmayıl ehtiyacları az da olsa sadələşdirməyi məsləhət görüb:
 
"Toy eləməyin, amma evlənin: 3 manat pul, bir kəllə qənd və bir molla.  Yas verməyin – "Whatsapp” qrupları var, "Allah rəhmət eləsin, ya da başın sağ olsun, qardaş!” yazın. Vəssəlam! Məscid axtarmayın, evinizdə moizə oxuyun. Zəmanə pisdir.  Dişinizi sıxın! Peyvənd təsirli olsa, toyxana da açılacaq, mərasim evi də, məscid də”.
 
Günay
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...