Tam yeni \"Land Rover Discovery Sport 2020\" təqdim edildi və yeni satış qiymətləri açıqlandı - VİDEO

Tam yeni \

"Avtolüks Azərbaycan” təqdim edir

Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi nümayəndəsi "Avtolüks Azərbaycan” diler mərkəzinin fəaliyyətə başlamasının 1illiyi astanasında Land Rover model cərgəsində kompakt və universal lüks SUV kimi mövqeləşən Tam Yeni Land Rover Discovery Sport 2020 modelini təqdim edib. Təqdimat Buta Palace-da Azeri Business Award 2019 Milli mükafatlarının təqdimat mərasimində baş tutub. Mərasimdə Land Rover model cərgəsinə aid başqa bir avtomobil Range Rover Velar isə ekspertlərin yekdil rəyinə əsasən "İlin Lüks Avtomobili” nominasiyası üzrə qalib elan edilib.

 
Rəsmi dilerin təmsilçisi təqdimat mərasimində Jaguar və Land Rover avtomobillərinə sahib olmaq istəyənlərə maraqlı olacaq daha bir məlumat açıqlayaraq bildirib ki, "Avtolüks Azərbaycan” Jaguar və Land Rover Rəsmi Satış və Servis Mərkəzinin Azərbaycanda fəaliyyətə başlamasının 1 illiyi münasibətilə bütün Jaguar və Land Rover modelləri üçün yeni və çox sərfəli qiymətlərlə satış kampaniyasına start verir. İndi avtomobilsevərlər Land Rover modellərini 45.800 USD-dan, Jaguar modellərini isə 41.600 USD-dan başlayan qiymətlərlə əldə edə bilərlər. Avtomobillərə həmçinin 20% ilkin ödəniş, illik 12% olmaqla 4 ilədək kreditlə də sahib olmaq mümkündür.

 

Xatırladaq ki, 2012-ci ildən fəaliyyətə başlayan və ölkəmizdə Ferrari, Aston Martin, Lamborghini, Jeep, Dodge, Chrysler, Alfa Romeo, Abarth, Fiat və Fiat Professional kimi brendlərin rəsmi nümayəndəsi olan "Avtolüks Azərbaycan” MMC 2019-cu ilin mart ayından etibarən dünya şöhrətli Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi distribüteridir. Jaguar və Land Rover brendlərinin təmsilçisi olaraq fəaliyyətinin 1 ili ərzində şirkət İstehsalçının xidmət standartlarına tam riayət etməklə peşəkar satış və servis komandası ilə müştərilərinə hər iki istiqamətdə üstün xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi bacarıb.

Ünvan: Bakı şəh., Aşıq Molla Cümə 42B

Telefon: 012 983 / 055 983 0 983


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...