\"Sumqayıt\"da daha 3 futbolçu ilə müqavilə imzalayıb

\
 

Qəbələdə təlim-məşq toplanışında olan "Sumqayıt"da daha bir neçə futbolçunun aqibəti bəlli olub.

Sfera.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 3 futbolçu ilə yeni müqavilə bağlayıb.

Bunlar qapıçı Aydın Bayramov, yarımmüdafiəçilər Murad Xaçayev və Vüqar Mustafayevdir. "Kimyaçılar" hər üç oyunçu ilə yeni 1 illik saziş imzalayıb. Komandada indi müqavilə müddəti başa çatan Əmir Ağayev, Amil Yunanov, Rail Məlikov və İlqar Qurbanovun taleyi qeyri-müəyyən olaraq qalır. Klub rəhbərliyi onlarla da danışıqlar aparır.

Qeyd edək ki, "Sumqayıt"da buna qədər baş məşqçi Ayxan Abbasovla yanaşı, Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovun sözləşməsi uzadılıb. Şəhriyar Əliyev, Aleksey İsayev, Peyman Babayi, Mehdi Şərifi və Sərtan Taşkınla yollarını ayıran klub hələlik yalnız Tellur Mütəllimov və Elvin Məmmədovu heyətinə cəlb edib.


OXŞAR XƏBƏRLƏR