ÜST: Yay fəslinə arxayın olmayın, fiziki məsafə gözləyin

ÜST: Yay fəslinə arxayın olmayın, fiziki məsafə gözləyin
 

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) belə hesab edirlər ki, COVID-19-un yayılması mövsümi xarakter daşımır və havanın dəyişməsi ilə bağlı deyil. Virusun yayılmasını dayandırmaq üçün hamıya məlum olan sadə tədbirlər görülməlidir. Onların ən əsası - fiziki məsafəyə riayət etməkdir.

Sfera.az  AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin nümayəndəsi doktor Marqaret Harris deyib: "İlin fəslinin virusun yayılmasına təsir göstərdiyini iddia etməyə əsas yoxdur. Lakin bu məlumdur ki, virus insanların çox toplaşdığı, fiziki məsafəyə riayət edilməyən və yaxın kontaktın qarşısını alan tədbirlər görülməyən yerlərdə yayılır".

Bu günə qədər ÜST-yə daxil olmuş məlumata görə, qlobal miqyasda COVID-19-a yoluxma hallarının sayı 16.301.736, ölüm hallarının sayı 650.069-dur.

Pandemiyanın episentri yenə Şimali və Cənubi Amerikadadır. Yoluxma hallarının 8,7 milyonu orada qeydə alınıb. İkinci yeri Avropa (3,2 milyon), sonrakı yerləri Cənub-Şərqi Asiya (1,8 milyon), Şərqi Aralıq dənizi bölgəsi (1,5 milyon), Afrika (712.920) və Qərbi Sakit okean regionu tutur (291.993).

Marqaret Harris Cenevrədə keçirdiyi mətbuat konfransında belə bir fikri qəti inkar edib ki, guya COVID-19 mövsümi xarakter daşıyır və buna görə də dalğa şəklində gəlib keçəcək. "Yayın qızmar dövründə ABŞ-da çox böyük yoluxma dalğası müşahidə olunur, yoluxma hallarının sayı orada daha yüksəkdir", - deyən doktor Harris xatırladıb ki, ekvatorial ölkə olan Braziliya infeksiyanın yayılma sürətinə və miqyasına görə yalnız ABŞ-dan geri qalır.

Doktor Harrisin sözlərinə görə, artıq qış fəslinin başlandığı cənub yarımkürəsində çox "maraqlı" vəziyyət yaranıb: orada mövsümi qrip deyil, COVID yoluxması yüksək səviyyədədir. Mülayim iqlimli ölkələrdə qrip virusu "mövsümlərarası" vəziyyətə qayıdıb.

COVID-19 və qrip virusları eyni vaxtda yayılmağa başlasa necə vəziyyət yaranacağını söyləmək çətindir. Marqaret Harris deyib: "Respirator xəstəliklərdən birinin yüksək səviyyədə olduğu yerlərdə digər xəstəlik də yayılmağa başlasa, səhiyyə sisteminin yükü çox artacaq".

COVID-19 ilə bağlı test yoxlamalarının pullu, yoxsa pulsuz olması barədə sualın cavabında ÜST-nin mətbuat katibi bildirib ki, bu qərarı ölkələr özləri qəbul etməlidir. O deyib: "Testləşdirmə çox vacibdir. Buna görə biz əlimizdən gələni edirik ki, ölkələr diaqnostik tədbirlər görsünlər. Əgər test yoxlamaları aparılmasa, infeksiyanın haradan yayılmağa başladığını bilməyəcəyik. Biz bütün ölkələri geniş miqyasda testləşdirmə aparmağa və onu əlçatan etməyə çağırırıq".


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...