ÜST rəsmisi koronavirusla bağlı son vəziyyətdən danışdı - DİQQƏT

ÜST rəsmisi koronavirusla bağlı son vəziyyətdən danışdı - DİQQƏT
 

"10 günlük missiya Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsini və test strategiyasının gücləndirilməsini tövsiyə edir”.

Sfera.az xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, bu həftə ÜST-ün COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir:

 

"Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərindən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi”.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu tarixdən koronavirusa yoluxanların sayı artmağa başlayacaq – Həkim açıqladı

  Ötən həftədən başlayaraq çimərliklərlə bağlı qadağalar ləğv olunduqdan sonra çimərliklərə güclü axın var. Bu vəziyyət gözlənilən olduğu üçün əvvəlcədən ...

Korona ya payızda bitəcək, ya da... - Professor

 Son günlər sosial şəbəkələrdə yoluxma sayının sağalanların sayından 2 dəfə az olmasına baxmayaraq, karantin rejiminin ləğv edilməməsindən şikayət edirlər....

Baş nazirdən kafe və restoranlarla bağlı QƏRAR

 Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə”...

Prezident Məcəlləyə dəyişikliyi təsdiqlədi - Cərimələr artırıldı

  Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliklə Məcəlləyə yeni 370-2 maddəsi əl...

Azərbaycanda daha 84 nəfər koronavirusa yoluxdu, 214 nəfər sağaldı

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Bu şəhər və rayon üzrə pensiyalar ödənilib

 Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib. Sfera.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətl...