No Image
No Image

ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək

ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı fövqəladə komitənin iclasında dünyada COVID-19-la bağlı vəziyyəti müzakirə edəcək.

Sfera.az bu barədə təşkilatın mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir.

Qeyd edilir ki, növbəti iclas 2020-ci ilin 22 yanvarından bu günə kimi keçirilən altıncı toplantı olacaq. İclasın nəticələrinə əsasən ÜST-ün baş direktoruna və üzv ökələrə vəziyyətin nizama salınması üzrə tövsiyələr veriləcək.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR