Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI

Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI
Artıq bir çox problemlər sosial şəbəkələrdə həll olunur. İctimai qınaq, ictimailəşdirilən mövzular bəzi məmurları aktiv sosial şəbəkə istifadəçisi halına gətirib.

Sfera.az modern.az-a istinadən sosial şəbəkələrdə aktiv olan məmurların bir qisminin siyahısını təqdim edir.

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev davamlı olaraq sosial şəbəkə vasitəsilə istifadəçiləri məlumatlandırır, şərh bölümünə yazılan şikayətləri cavablandırır. Onun "Facebook"da bu qədər aktivliyi istifadəçilər arasında rəğbətlə qarşılanır.

Bu gün sosial şəbəkələrdə hər hansı xoşagəlməz halla bağlı məlumat paylaşılanda istifadəçilər rahatlıqla Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevi təq edirlər. Bundan əlavə, E.Hacıyev davamlı olaraq, təmsil etdiyi dövlət qurumu ilə bağlı paylaşımlar da edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aktiv sosial şəbəkə istifadəçisi olan məmurlar sırasındadır.

Təhsil naziri Emin Əmrullayev "Facebook" sosial şəbəkəsi vasitəsilə lazımi məlumatları paylaşır. Şərh bölümündə nazirə ünvanlanan suallar nazirliyin rəsmi səhifəsindən cavablandırılır. Sosial şəbəkədə aktiv olan nazir "Facebook"da mesaj bölümündən istifadə etmir. İstifadəçilər dəfələrlə ona bu bölümdən istifadə etməyi məsləhət görüb. Lakin nazir hələ ki fikirlərşir...

İqtisadiyyat naziri Mikayıl Cabbarov aktiv "Facebook" istifadəçiləri sırasındadır. Həyata keçirilən layihələr və görüşlər haqqında geniş məlumat paylaşır.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov vətəndaşları maraqlandıran məsələlərə həm sosial şəbəkə vasitəsilə aydınlıq gətirir, həm də sualları cavablandırır.

Xarici işlər naziri Ceyhun Bayramov da aktiv sosial şəbəkə istifadəçisi olan nazirlər sırasındadır. O keçirdiyi görüşlər haqqında daha çox "Twitter"də paylaşımlar edir. Nazir Azərbaycan dili ilə yanaşı, davamlı olaraq rus və ingilis dilində də paylaşımlar edir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də aktiv "Twitter" istifadəçisidir. O burada Prezidentin keçirdiyi görüşlər, xarici siyasətlə bağlı vacib məqamları təbliğ edir.
Hikmət Hacıyevin adına "Facebook"da səhifə də mövcuddur.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev özünün "Twitter" səhifəsində Prezident İlham Əliyevin "Twitter" hesabında olan paylaşımları və Komitənin fəaliyyətini əks etdirən görüşləri yayımlayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həm "Facebook", həm də "Twvitter"də aktivdir. O keçirdiyi görüşlər, yeniliklər haqqında davamlı məlumat paylaşır.  
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazovdan DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub. Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-po...

Tələbəsi Cabbar Musayevi təhqirə görə məhkəməyə verdi

Müğənni Dəniz Əsədova həmkarı və müəllimi Cabbar Musayevi məhkəməyə verib. Sfera.az-ın məlumatına görə, qadın ifaçı tanınmış müğənnini onun şəxsiyyətini a...

“Omikron” ştammına yoluxmamaq üçün nə etmək lazımdır? – VİDEO

Hazırda dünyada 51 milyondan çox insan koronovirus infeksiyasının aktiv daşıyıcısıdır.  Ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yolux...

Həlak olan hərbçimizin - FOTOLARI

Xəbər verdiyimi kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kob...

Şamaxının meri hər kəsi heyrətə saldı - VİDEO

Şamaxı şəhərinin meri Asif Şirəliyev şəhərdən zibil tullantılarını yığarkən görüntülənib. Sfera.az xəbər verir ki, A.Şirəliyev Şamaxı şəhəri ərazisində tə...

“Ərkyana vurmaq istəyib, bərk alınıb” - Döyülən uşağın atası+Video

"Həmin şəxs bizim ailə üzvümüz sayılır. Bəlkə də, ərkyana vurmaq istəyib, bir az bərk alınıb. Belə olmasına baxmayaraq, yenə deyirəm, yumşaq və ya sərt şəkildə ...