Son sutkada nə qədər peyvənd olunan var?

Son sutkada nə qədər peyvənd olunan var?
Azərbaycanda son sutkada koronavirus əleyhinə 65 424 vaksin vurulub.

Bu barədə Sfera.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 061 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 745 851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 551 501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 194 350 təşkil edir.


OXŞAR XƏBƏRLƏR