Son iki həftədə 11 kq metamfetamin dövriyyədən çıxarılıb
14:23 / 17.07.2021
1289
Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən 17-nə kimi polis əməkdaşları tərəfindən qununsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarını açıqlayıb.
Məlumata görə, iki həftə ərzində 187 kq marixuana, 92 qr bonzai, 3,1 qr metadon, 58 kq heroin, 24 ton çətənə (əkin), 11 kq metamfetamin, 3 kq tiryək, 11 ton çətənə (yabanı), 427 ekstazi, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.