Son günlər uşaqlarda qızdırma və qıcolma müşahidə olunur - Pediatr valideynlərin nə etməli olduğunu AÇIQLADI

Son günlər uşaqlarda qızdırma və qıcolma müşahidə olunur - Pediatr valideynlərin nə etməli olduğunu AÇIQLADI
"Son günlər yayılan qızdırmalardan uşaqların əksəriyyətində qıcolma olduğunun şahidi oluruq. Həmin an ağıla nədənsə ilk uşağın ağzını açıb dili tutmağa çalışmaq gəlir. Bu yalnış addımdır”.
 
Sfera.az-ın məlumatına görə, bunu pediatr Günay Rəsulova deyib. Mütəxəssisin sözlərinə görə,  həmin addım sonradan uşağın ağzında, dilində ciddi yaralanma, hətta qanaxmaya səbəb ola bilər:

"O andakı həyəcan başa düşüləndir. Amma heç kimin övladı bu durumdan sığortalanmayıb. Çünki tam sağlam uşaqlar belə qızdırmadan qıcolma keçirə bilər. Yüksək qızdırma zamanı uşaqda periferik damarlar spazm etdiyinə görə əl-ayaq soyuq ola bilər. Bu, anaları çaşdırmasın. İstilik hiss etdiyiniz və ya bütün günü evi dağıdan uşağın birdən-birə halsızlaşıb süstləşdiyini, zarımağa başladığını hiss etsəniz, onun dərhal qızdırmasını ölçün”.

Pediatr belə hallarda valideynlərin etməli olduqlarından da söz açıb:

"Qıcolma çox vaxt istiliyi fərq edilməyən əli-ayağı soyuyan və üşüdən uşağı isitməyə çalışarkən olur. Olmaması üçün hərarət 38,5 dərəcə temperaturu keçən kimi "parasetamol” içirin, uşağı soyundurun, bədənini ilıq su ilə silin, otağın havasını sərinləşdirin. Qıcolma keçirən uşağı sadəcə sağ böyrü üstə uzadın və təcili yardım çağırın. Özünüz daha tez çata bilərsinizsə, ən yaxındakı tibb müəssəsinə uşağı özünüz aparın. Uşağın ağzını açıb dili tutmağa çalışmayın!
Dil arxaya gedib uşağı boğmaz, əgər siz onu böyrü üstə çevirmiş olsanız. Yalnız dil-dişlər arasında qalıb sıxıldığını görsəniz, dişləri aralayıb dili xilas edin. Qızdırmadan olan qıcolmalar çox zaman təhlükəsizdir. Amma hər halda belə uşağın bir nevroloq müayinəsindən də keçməsini tövsiyə edirəm. Ən çox yol verilən yalnışlardan digəri isə, qızdırmaya bağlı sudurqa keçirmiş uşağa sonradan uzun müddət təyin edilən qıcolma əleyhinə dərmanların verilməsidir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...