Son dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? - AÇIQLAMA

Son dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? - AÇIQLAMA
 

"Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir".

Sfera.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

"Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may tarixində keçirilən brifinqində deyib.

Maraqlıdır, ölkədə pandemiya statistikasını nəzərə alsaq, hazırda ikinci dalğanı yaşayırıq?

Bununla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sonxeber.az-a açıqlama verib. O, bu barədə heç bir məlumatının olmadığunu bildirib:

"Bu bərədə mən bir söz deyə bilmərəm, belə bir hesablama yoxdur. Bu barədə dəqiq məlumat yoxdur".

Tibb eksperti Adil Qeybulla isə məsələyə tibbi baxımdan yanaşaraq hazırda ölkmizdə pandemiyanın ikinci dalğasının yaşanmadığını açıqlayıb. Ekspert qeyd edib ki, dalğalanma hər artımda müşahidə edilən proses deyil, sönərək yenidən alovlanan prosesdir:

"İkinci dalğanın yaranması prosesində sönmə və yenidən başlama mərhələsi müşahidə edilir. Ümumiyyətlə bütün dünya üzrə götürəndə ikinci dalğadan danışmaq hələ tezdir. Çünki hələ bəzi ölkələrdə problem lokallaşdırılıb. Məsələn Çini buna misal göstərmək olar. Bəzi ölkələrdə isə virusun yayılması davam edir. Müasir təbabətin əlində xeyli imkanlar olmasına baxmayaraq görünən odur ki, hələ pandemiya ilə mübarizədə effektiv tədbirlər mexanizmi ortada deyil. Biz yay aylarının sonu və payızda hansı mənzərə ilə qarşılaşacağımızı deyə bilmərik".

Tibb eksperti həmçinin rayonlarda koronavirusun yayılma arealına da münasibət bildirib. Adil Qeybulla xəstəliyin yayılma coğrafiyasının artmasını icazələr zamanı insanların sosial izolyasiya qaydalarını pozması nəticəsində baş verdiyini qeyd edib:

"Əvvəl düşünürdük ki, Azərbaycanda görülən sərt karantin tədbirləri infeksiyanı lokallaşdırmağa imkan verəcək. Doğrudan da rayonlarda demək olar ki, infeksiya yox idi. Bakı şəhərində xəstəlik lokallaşdırılmış və Azərbaycanda pandemiya ilə bağlı çox yaxşı nəticələr vermişdi. Buna baxmayaraq karantin dövründəki icazələr zamanı insanlar qaydaları pozmağa başladılar. Bu onu göstərirdi ki, yoluxma coğrafiyası həm genişlənəcək, həm dinamikası artacaq. Həmin məqamın yaşanması da çoxsaylı itkilər deməkdir. Mən düşünürəm ki, biz xroniki olaraq ən azı bir dalğa da yaşaya bilərik. ÜST-ün konkret tövsiyyələri ortada olmalıdır ki, bütün dövlətlər ona riayiət etsin".



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...