SON DƏQİQƏ! Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ

SON DƏQİQƏ! Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanlar olduğunu açıqlayıb.

Oxu.Az bununla bağlı qurumlar arasında sorğu keçirib.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Oxu.Az-a bildirib ki, qurumun altı əməkdaşı koronavirusa yoluxub.

 

Onun sözlərinə görə, qurumun əməkdaşlarında koronovirusa yoluxma faktları ayrı-ayrı vaxtlarda qeydə alınıb:

"Altı nəfər əməkdaşımız bu virusa yoluxub. Üç nəfəri artıq sağalıb, evlərindədir. Hazırda üç nəfər isə xəstəxanada müalicəsini davam etdirir”.

C.Səfərov qeyd edib ki, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslərdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Oxu.Az-a bildirib ki, qurumda pandemiya dövrünün qaydalarına uyğun olaraq  müəyyən olunmuş sayda əməkdaş gündəlik işə gəlib-gedir:

"Digər işçilər evdən işləyir. Bu günə kimi Komitənin heç bir əməkdaşında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Bakı Nəqliyyat Agentliyindən Oxu.Az-a deyilib ki, ictimai nəqliyyatın fəaliyyətində fasiləsizliyin təmin olunması baxımından vacib olan məqamlardan biri də bu prosesdə iştirak edənlərin sağlamlığının qorunmasıdır:

"Pandemiya dövründə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Həyata keçirilən əks-epidemik tədbirlər, eyni zamanda, COVID-19-un profilaktikasına dair qaydalara riayət olunması sayəsində bu günə qədər əməkdaşlar arasında yoluxma halı qeydə alınmayıb”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, əməkdaşlar arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əməkdaşları arasında koronavirusa yoluxma barədə məlumat yaymışdı.

 


OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...