Son 2 ildə deputatlıqdan yüksək vəzifəyə gedənlər - SİYAHI

Son 2 ildə deputatlıqdan yüksək vəzifəyə gedənlər - SİYAHI
Son illər Azərbaycanda kadr və struktur islahatları uğurla davam etdirilir. Ölkə başçısının həyata keçirdiyi kadr islahatları çərçivəsində 5-ci çağırış parlamentin bəzi deputatlarına yüksək vəzifə verilib. Ötən illə yanaşı bu il də Prezidentin imzaladığı sərəncamlarla bir neçə Milli Məclis üzvü vəzifəyə təyinat alıb.
 
Sfera.az Azvision.az-a istinadən son iki ildə deputatlıqdan vəzifəyə gedənlərin siyahısını təqdim edir:
 

Prezident İlham Əliyevin 2018-ci il aprelin 23-də imzaladığı sərəncamla 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin Milli Məclisdəki deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Dövlət başçısının ötən il aprelin 21-də imzaladığı digər sərəncama əsasən, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

2019-cu il fevralın 11-də 94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Prezidentin bu ilin noyabrın 12-də imzaladığı sərəncamla 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatı Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Noyabrın 25-də 102 saylı Samux-Şəmkir seçki dairəsinin deputatı, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub.

Ölkə başçısının dekabrın 4-də imzaladığı sərəncamla 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı Rüstəm Xəlilova Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi həvalə olunub.

OXŞAR XƏBƏRLƏR

Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – FOTOLAR

  Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçə...

Sabah hava necə olacaq ?

  8 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadası...

Prezident FƏRMAN İmzaladı

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb. Sfera.az xəbər verir ki, F...

Nazir 190 manatın nə vaxt veriləcəyini açıqladı

  "Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcə...

Çimərliklər həftəsonu fəaliyyət göstərəcək? - RƏSMİ

  Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu il...

"Payızda qrip başlayacaq, koronavirus da bu xəstəliklərə qoşulacaq" - Həkim

 "Bütün dünya payıza hazırlaşır”. Bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında bildirib. Qurum sədri qeyd edib ki, ...