Somalidə otelə silahlı hücum - 26 ölü, 56 yaralı
14:40 / 13.07.2019
10300
Silahlı şəxslər Somalinin Kismayo şəhərində otelə hücum ediblər.
"Qafqazinfo”nun "İnterfaks”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 26 nəfər həlak olub, 56 nəfər xəsarət alıb.
Ölənlərdən ikisi ABŞ, biri İngiltərə, biri Kanada, üçü Keniya, üçü isə Tanzaniya vətəndaşıdır.
Terror aktına məsuliyyəti "Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.