SOCAR prezidenti Belarusun baş naziri ilə görüşüb - FOTO

SOCAR prezidenti Belarusun baş naziri ilə görüşüb - FOTO
 

Belarus Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqavilədə maraqlıdır.

Sfera.az  BELTA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarusun baş naziri Sergey Rumas bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdə bildirib.

"Belarus Azərbaycan neftinin tədarükü üçün uzunmüddətli müqavilə bağlamaqda maraqlıdır. Biz bu nefti Odessa-Brodı-Mozır neft kəmərindən istifadə edərək Mozır Neft Emalı Zavodunda emal etməyi planlaşdırırıq. Güman edirəm ki, SOCAR belə əməkdaşlıqda maraqlı olacaq", - Sergey Rumas deyib.

Hökumət başçısı Belarus və SOCAR-ın uzun müddət neft bazarında çalışdıqlarını xatırladıb. Belarus 2011 və 2016-cı illərdə bu şirkətdən neft alıb, Azərbaycan tərəfi də Belarusun neft məhsullarını alır. 

"Sirr deyil ki, Belarus neft tədarükünün şaxələndirilməsi üzərində işləyir, bundan əvvəl bütün nefti Rusiya Federasiyasından almışıq. Lakin vergi manevrinin 2024-cü ilə qədər davam etməsi şəraitində Belarus üçün neft bazara çıxarılacaq.

Əlbəttə, alternativ neft tədarükü olmadan bu gün Belarusun enerji təhlükəsizliyindən danışmaq olmaz”, - Sergey Rumas qeyd edib.

"Buna görə də bu sahədə uzunmüddətli müqavilələr bağlaya biləcəyimiz etibarlı tərəfdaşlar axtarmaq istəyirik. Təcrübə göstərir ki, SOCAR məhz belə etibarlı tərəfdaş ola bilər", - baş nazir əlavə edib.
Sergey Rumas bildirib ki, SOCAR mütəxəssisləri hazırda Mozır Neft Emalı Zavodunda tikinti-quraşdırma işləri aparırlar. "Məmnuniyyətlə demək istəyirəm ki, "Belneftkim" və Mozır Neft Emalı Zavodunun rəhbərliyinin rəyi çox müsbətdir. Həqiqətən, sizin mütəxəssisləriniz bu çətin işi çox səmərəli şəkildə yerinə yetirirlər", - Sergey Rumas əlavə edib.

Hökumət başçısı bugünkü görüşün SOCAR və "Belneftkim” konsernləri arasında neft sənayesində ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addım olacağına ümid etdiyini bildirib.

Görüşdə Belarusun baş nazirinin müavini, neft sənayesinə rəhbərlik edən İqor Lyaşenko və "Belneftkim" konserninin sədri Andrey Rıbakov da iştirak edib.

Agentlik qeyd edib ki, SOCAR martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarusa ilk neft tankerini göndərəcək. Göndəriləcək neftin həcmi təqribən 85 min ton təşkil edir. Martın 20-də Gürcüstanın Supsa limanından təxminən 85 min ton həcmində ikinci tankerin göndərilməsi planlaşdırılır. (report)



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...