SOCAR-ın ilk Təlim Mərkəzindən - VİDEOREPORTAJ

SOCAR-ın ilk Təlim Mərkəzindən - VİDEOREPORTAJ
 

Hər bir şirkətin ən böyük sərmayəsi insan resursudur. Şirkətin potensialı və gücü məhz kadrlarına bağlıdır. Bu baxımdan kadrların daim inkişafı, təkmilləşdirilməsi, biliklərinin artırılması vacibdir. Azərbaycanın ən böyük işəgötürəni SOCAR da bu sahəyə xüsusi yanaşır. Şirkətin kadr potensialının müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə çoxşaxəli kadr hazırlığı proqramı icra olunur, neft kapitalının insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir.

Kadr potensialının möhkəmləndirilməsi, idarə və müəssisələrdə beynəlxalq standartlar əsasında peşə fəaliyyətinin təşkili məqsədilə 2011-ci ildə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) yaradılıb. İdarə yaradılarkən 2007-ci ildən fəaliyyət göstərən Kadr Hazırlığının Təşkili Mərkəzi onun tərkibinə daxil olub. Bu ilk mərkəz həmin vaxt SOCAR-ın yeganə təlim mərkəzi idi. Hazırda isə İdarənin spesifikliyi ilə fərqlənən 5 mərkəzi fəaliyyət göstərir.

Videoreportaj hazırladığımız  Kadr Hazırlığının Təşkili Mərkəzində 6 müxtəlif istiqamətdə təlimlər təşkil olunur. Bu təlimlər ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması istiqamətində təlimlərdir. Mərkəz yüksək maddi-texniki bazaya malikdir və təlimlər beynəlxalq standartlar səviyyəsində keçirilir.

Mərkəzin yeni mühəndis təlim korpusunda SOCAR-ın mühəndis-texniki işçiləri üçün müxtəlif istiqamətlərdə təkmilləşdirmə kursları (metrologiya, texnologiya, mexanika, energetika, idarəetmə, SƏMTTE, informasiya texnologiyaları, qaynaq mühəndisliyi, qeyri-destruktiv müayinə, emal, avtomatik idarəetmə sistemləri/PLC, neft-qaz hasilatı, qazma, geologiya) təşkil olunur.

Bundan başqa, SOCAR-ın müəssisələrində çalışan qeyri-destruktiv müayinə mütəxəssisləri üçün "Ultrasəs müayinə metodu”, "Penetrant müayinə metodu”, "Rentgen müayinə metodu”, "Maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar, habelə mühəndis-texniki işçilər üçün "Tullantıların idarə olunması”, "Qazma işləri aparılan zaman ətraf mühitə təsir edən tullantıların idarə olunması”, "SOCAR-ın ekoloji siyasəti” və digər mövzularda təlimatlandırma kursları keçirilir.

2018-ci ildən Mərkəzin sifarişi əsasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsində SAP proqramı əsasında SAP MM - "Materialların idarə edilməsi modulu”, SAP Fİ - "Maliyyə uçotu modulu”, SAP SD - "Satış və çatdırılma modulu”, SAP PM - "Texniki xidmət və təmir modulu”, SAP OPENTEXT - "Elektron Sənəd Dövriyyəsi Sistemi”, SAP HR - "İnsan Resursları funksiyalarının tənzimlənməsi” və SAP PS - "layihələrin idarə olunması modulu” üzrə kurslar təşkil olunur.

Bu ilin may ayında Mərkəzdə kursa cəlb olunmuş 50 000-ci dinləyiciyə sertifikat təqdim edilib.

Bu ilin 11 ayı ərzində 4537 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

"Report" Kadr Hazırlığının Təşkili Mərkəzindən videoreportajı təqdim edir:




OXŞAR XƏBƏRLƏR

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...