SOCAR Belarusa ilk neft tankerini daha erkən göndərəcək

SOCAR Belarusa ilk neft tankerini daha erkən göndərəcək
 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusun "Belneftexim” konserni üçün Azərbaycan nefti ilə dolu tankeri martın 5-6-da göndərməyi planlaşdırır.

Bu barədə "Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, tutumu 85 min ton olan ilk tanker Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) Belarusa yola salınacaq.

O qeyd edib ki, əldə edilən razılığa əsasən, Belarusa daha tez müddətdə neftin lazım olması səbəbindən Azərbaycan nefti ilə dolu ilk tanker martın 5-6-da yola salınacaq: "İkinci tankerin isə martın 20-nə qədər yola salınacağı nəzərdə tutulur. Bu tankerlə də təqribən 85 min ton neft nəqli planlaşdırılır”.

Beləliklə, Belarusa mart ayında ümumilikdə 170 min ton həcmində iki tanker Azərbaycan neftinin nəqli nəzərdə tutulur. 

Qeyd edək ki, bundan öncə bildirilmişdi ki, SOCAR Belarusun "Belneftexim” konserninə martın 20-də neft nəqlinə başlamağı planlaşdırır. İlk tankerin bu tarixdə Supsa limanından (Qara dəniz, Gürcüstan) nəqli ilə bağlı razılıq əldə edilmişdi. Digər tankerin yola salınması tarixi ilə bağlı razılıq yox idi.  


OXŞAR XƏBƏRLƏR

Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışlayıb. Sfera.az xarici mediaya ...

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...