ABŞ-İran qarşıdurması gərgin fazada: Tehran nüvə silahı əldə edəcək?

ABŞ-İran qarşıdurması gərgin fazada: Tehran nüvə silahı əldə edəcək?

ABŞ ilə İran arasındakı soyuq münasibət getdikcə kəskinləşir. Bu da İranın nüvə silahı hazırlamaq üçün səylərinə daha da təkan verir.

 

Maraqlıdır, İran tədqiqatını davam etdirərsə, nə qədər müddətə nüvə silahı əldə edə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov Amerika Birləşmiş Ştatları ilə İranın Tehranın nüvə proqramı ilə bağlı yenidən toqquşma kursunu davam etdirirdiyini deyib.

 

Onun sözlərinə görə, ABŞ-nin əsas hədəflərindən biri İranı nüvə proqramından çəkindirmək və bu məsələdə İsrailin maraqlarının mütləq təmini istiqamətində hərəkət etməkdir:

 

“Lakin İsraillə ABŞ arasında İrana zərbələr endirilməsi məsələsində ziddiyyətlər və fikir ayrılıqları qalmaqdadır. Donald Tramp İrana qarşı sərt siyasət yürütdüyündən İsrail tərəfi bu məsələdən istifadə etməyə çalışır. Bayden administrasiyası dövründə isə məsələ bir qədər fərqli idi və İranla bağlı siyasətdə müəyyən yumşalmalar müşahidə olunurdu”. 


Politoloq hazırda Birləşmiş Ştatlarla İran arasında birbaşa konflikt, yəni hərbi eskalasiya ola biləcəyi ehtimallarını proqnozlaşdırmadığını bildirib:

 

“Çünki İrana qarşı əməliyyatlar geniş xərclər və eyni zamanda uzunmüddətli səylər tələb edir. Uzunmüddətli səylər olarsa, Tehranın da buna müqavimət gücünün test edilməsi üçün hansı addımlar atacağı İsrail və ABŞ-nin nəzərindədir. Düzdür, İran hələ də regionda zəif vəziyyətdədir və strateji olaraq Yaxın Şərqdə öz məğlubiyyətini üzərində hiss edir. Bununla belə, İranın nüvə siyasətində “biz nüvə silahı əldə etməyəcəyik” kimi bir çağırışlar olsa da, onun nüvə silahına yaxınlaşdığı barədə həyəcan siqnalları çalınmaqdadır. İranın regionda hazırda özünü yenidən göstərmək üçün alternativ bir mənbə kimi istifadə edə biləcəyi hədə nüvə silahı ilə bağlıdır. Ancaq nüvə silahı məsələsində də Rusiya və Çin də nisbətən Birləşmiş Ştatlarla daha yaxın mövqe sərgiləyir. Yəni İranın nüvə silahı əldə etməsi Rusiya və Çinin də marağında olan bir məsələ deyil”. 

 

A.Kərimovun fikrincə, İsrail daha çox İranın nüvə proqramını hədəfə almaq və ümumiyyətlə İranın 10 illərlə formalaşdırdığı xarici siyasəti darmadağın etməyi hədəfləyir. “Ancaq İranda da oturuşmuş bir ənənə var, dövlət siyasəti var. Onun özünə qarşı görüləcək tədbirlərdə hansı reaksiyalar verəcəyi də ciddi suallar doğurur”. 

 

Politoloq nəzərə çatdırıb ki, İranın nə qədər müddətə nüvə silahı əldə edə biləcəyinin, ümumiyyətlə İranın nüvə silahı əldə edəcəyinin proqnozunu vermək çətindir:

 

“İran nüvə silahı əldə etmək üçün uranı 60 faizə qədər zənginləşdirib və bunun özü əhəmiyyətli bir irəliləyişdir, ciddi bir siqnaldır. Amma nə vaxt əldə edəcək, necə olacaq bilinmir. Ümumiyyətlə, əldə edəcəkmi? Buna imkan verəcəklərmi? Bu suallara cavablar qlobal kontekstdən yanaşmalarla verilə bilər. Hər halda, İran nüvə ritorikasında bir qədər sərt mövqe göstərməkdədir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...

Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab ver...

"Oleq Bakinski"yə hökm oxunub

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konst...