İsrail Livana quru əməliyyatına başlamasının İKİ SƏBƏBİ

İsrail Livana quru əməliyyatına başlamasının İKİ SƏBƏBİ

İsrail xüsusi təyinatlıları artıq Üçüncü Livan Əməliyyatı adlandırılan quru əməliyyatına start verib. Qeyd edilib ki, ordu artıq Livan ərazisinə daxil olub. Yüzlərlə İsrail tankının sərhədi keçdiyi bildirilir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, İsrailin bu hücumda iki cari hədəfi var:

 

“Bunlardan biri şimal sərhədlərində - Livanın cənubunda “Hizbullah”ın mövqelərini sıradan çıxarmaqdır. İkincisi isə qruplaşmanı Litani çayının şimalına - İsrailin şimal bölgəsinə raket zərbələrinin çatmayacağı məsafəyə qədər sıxışdırmaqdır. İsrailin buna nail olacağı, ən azı “Hizbullah”ı şimal sərhədlərindən uzaqlaşdıracağı gözləntisi çoxdur”.

 

A.Nərimanlı qeyd edib ki, müharibə arealının genişlənməsi riskləri də var:

 

“Bu, daha çox “Hizbullah” və İranın hansı səviyyədə cavab verəcəyindən asılıdır. Mövcud vəziyyətdə nə Tehran, nə də qruplaşma genişmiqyaslı müharibədə o qədər də maraqlı görünmür. Belə vəziyyət Təl-Əvivin bir, ya bir neçə günlük əməliyyatla şimal sərhədlərinin təhlükəsizliyini təmin edərək, dayanacağı gözləntisini önə çıxarır. Lakin o da istisna deyil ki, müqavimətin olmaması İsrailin daha da irəli getməsinə zəmin yarada bilər. Şimal sərhədlərində Livan əraziləri hesabına bufer zonanın yaradılması belə ssenarilərdən biridir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...