Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni SƏFƏR ETDİ

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni SƏFƏR ETDİ

Fransanın bu gün təyin edilən yeni baş naziri Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib.

 

Sfera.az-ın məlumatına görə, o zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.

 

Səfər 2021-ci il dekabrın 21-23 baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırılmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.

 

M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq əminliklə təxmin etmək olar ki, Makron kimi antiAzərbaycan mövqeli prezidentin baş naziri olandan sonra iki ölkə arasında münasibətlər daha da aşağı səviyyəyə düşəcək.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...