Türk dövlətləri arasında pul transferini həyata keçirilən “Turan”a yeni ölkələr QOŞULDU

Türk dövlətləri arasında pul transferini həyata keçirilən “Turan”a yeni ölkələr QOŞULDU

Türk dövlətləri ilə Türkiyə arasında pul köçürməsini təmin edən "Turan" tətbiqinin əhatə dairəsi yeni ölkələrin qoşulması ilə genişlənir.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Qeyd edilib ki, "Turan" 2023-cü ildə Azərbaycanda istifadəyə verildikdən sonra Qazaxıstan, Qırğızıstan və Özbəkistanın iştirakı ilə saniyələr ərzində reallaşan pul köçürmələri tətbiqini genişləndirməyə başlayıb.

 

Vurğulanıb ki, “Turan” “Zolotoya Korona”, “Ria” və “Swiss Remit” kimi önəmli qlobal xidmət təminatçıları ilə əməkdaşlıq edərək dünyanın müxtəlif yerlərindən “Turan” hesablarına pul transferini həyata keçirə biləcək.

 

Məhsulun marketinq üzrə məsul şəxsi Taner Oğuz tətbiqin dünyadakı türk diasporunu maliyyə körpüləri ilə birləşdirdiyini söyləyib. Onun sözlərinə görə, beləliklə, Rusiya, Moldova, Tatarıstan və Afrikadakı türklər asanlıqla Türkiyəyə pul transferi həyata keçirə biləcəklər.

 

Onun sözlərinə görə, 2024-cü il üçün Azərbaycandakı istifadəçilərə özəl plan hazırlanır: “Bununla da Türkiyə ilə Azərbaycan arasında ödənişsiz transfer imkanı yaranacaq”.

 

Qeyd edək ki, 2022-ci ilin may ayında qurulan maliyyə texnologiyaları şirkəti və Türkiyə Respublikası Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərən "Turan Teknoloji Anonim Şirketi" bütün türk dövlətlərində yaşayan istifadəçilər üçün yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyir. "Turan" ödəniş və elektron pul fəaliyyətini lisenziyalı qurum olan "Birleşik Ödəmə" xidmətləri və Elektron PUl A.Ş-nin maliyyə xidmətləri vasitəsilə həyata keçirir.

 

"Turan" Azərbaycanda 2023-cü ildə 100% rəqəmsal pul köçürmə modelini tətbiq edib.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...