Azad edilən ərazilərdəki seçki məntəqələrinin sayı ARTIRILIR
17:02 / 05.08.2024
5027
Hazırda azad edilən ərazilərdə 44 seçki məntəqəsi fəaliyyət göstərir.
Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, oradakı seçki məntəqələrinin sayı artırılaraq 55-ə çatdırılacaq: "Daimi və müvəqqəti seçki məntəqələrinin hamısı səsvermə günü tam hazır olacaq".