Ağadadaş Ağayevlə bağlı insidentin baş verdiyi hospital generala məxsusdur - VİDEO

Ağadadaş Ağayevlə bağlı insidentin baş verdiyi hospital generala məxsusdur - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə bağlı insident "MedEra Hospital"da baş verib. Bu hospital isə dəfələrlə xoşagəlməz hadisələrlə gündəmə gəlib. Hadisə klinikanın sahibinin kimliyi ilə bağlı məsələni yenidən aktuallaşdırıb.

 

Sfera.az bildirir ki, “MedEra Hospital” Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü "dərman işi" ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur.

 

Məlumata görə, bir neçə il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilərək həbs olunan Mərkəzi Gömrük Hospitalının professoru Fikrət Qədiməliyev azadlığa buraxılandan az sonra “MedEra Hospital”a direktor müavini təyin olunub. Bu xəstəxanada tez-tez rəhbər dəyişikliyi olsa da, əsas idarəçilik və səlahiyətlər hələ də Fikrət Qədiməliyevdədir.

 

Qeyd edək ki, “MedEra Hospital”ın adının qalmaqallara qarışması və xüsusən də müəmmalı ölümlərlə anılması birinci hal deyil.

 

Belə ki, 1947-ci il təvəllüdlü Məmmədova Tatyana Vladimirovna 25.12.2022-ci il tarixdə qaraciyər serrozu, böyrək yetməzliyi diaqnozu ilə “MedEra Hospital”a daxil olub. Daha sonra həmin qadın hər hansı cərrahi əməliyyata məruz qalmadan öz əcəli ilə xəstəxanaya daxil olduğu xəstəliklərdən 27 dekabr 2022-ci il tarixdə vəfat edib.

 

Ötən il isə “MedEra Hospital”ın plastik cərrahı Günel Bayramlı tərəfindən əməliyyat zamanı xəstəxananın Aygün adlı əməkdaşı vəfat edib.

 

Fidan

 

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...