Gürcüstanda yeni Baş prokuror seçildi

15:06 / 18.07.2024
10585
Gürcüstan parlamenti Giorgi Qabitaşvilini Baş prokuror vəzifəsinə seçib.
Sfera.az xəbər verir ki, bu prosesin lehinə 80 deputat yekdilliklə səs verib.
Qərara əsasən, Giorgi Qabitaşvili altı il bu vəzifədə olacaq.
Qeyd edək ki, Baş prokuror vəzifəsi İrakli Şotadzenin may ayında səhhəti ilə əlaqədar istefa verməsindən sonra boş qalmışdı.
G.Qabitaşvili isə 2013-cü ildən baş prokurorun müavini vəzifəsini tutub. O, 2007-ci ildən isə Baş Prokurorluqda çalışır.