Emmanuel Makron istefa verəcək? - Müzakirələr BAŞLADI
Fransa Prezidenti Emmanuel Makron Fransada Avropa Parlamentinə seçkilərdə sağçıların qələbəsi kontekstində vaxtından əvvəl istefa vermə variantını öz çevrəsindən olan insanlarla müzakirə edir.
Sfera.az bildirir ki, "Europe 1" radiostansiyası mənbələrə istinadən məlumat yayıb ki, indi hadisələrin inkişafı üçün bir neçə variant müzakirə olunur, o cümlədən "ekstremal" variant - Makronun vaxtından əvvəl istefaya getməsidir.
Mənbələrin fikrincə, istefa variantı Fransa parlamentinə qarşıdan gələn seçkilərin “dramatizasiyası üzərində oynamağa” kömək edə bilər, lakin buna üstünlük verilmir.
Xatırladaq ki, Avropa Parlamentinə seçkilərdə sağçıların qələbəsi fonunda Fransa prezidenti Fransa parlamentinin aşağı palatasını buraxıb və növbədənkənar parlament seçkiləri elan edib, birinci tur iyunun 30-na, ikinci tur iyulun 7-nə təyin edilib.
Əzizə