Şimali və Cənubi Koreya arasındakı GƏRGİNLİK BÖYÜYÜR: Bu dəfə sərhəddə...

Şimali və Cənubi Koreya arasındakı GƏRGİNLİK BÖYÜYÜR: Bu dəfə sərhəddə...

Cənubi Koreya ilə Şimali Koreya arasında son günlər artan gərginlik bu dəfə sərhədə daşınıb.

 

Sfera.az bildirir ki, təxminən 20 Şimali Koreya əsgəri bazar günü yerli vaxtla saat 12.30 radələrində sərhəd xəttini keçib. Bununla bağlı Cənubi Koreya Baş Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, hadisədən dərhal sonra Cənubi Koreya əsgərləri xəbərdarlıq atəşi açıb:  “Şimali Koreya əsgərləri isə qısa müddət sonra öz ölkələrinin sərhədlərinə çəkilib”.

 

Qurumun sözçüsü polkovnik Li Sonq Cun mövzu ilə bağlı danışarkən bildirib ki, hadisədən əvvəl Şimali Koreya əsgərləri naməlum bir missiya üzərində çalışıb. Lakin onun sözlərinə görə, Şimali Koreya əsgərlərinin sərhədi səhvən keçdiyi düşünülür.

 

Xatırladaq ki, ötən gün iki ölkə arasında qeyri-adi davranış səbəbindən gərginlik yaranıb. Sərhəddə səsgücləndiricilər vasitəsilə təbliğat apardığına görə Cənubi Koreya Şimali Koreyanın “zibil” balonlarının hücumuna məruz qalıb. Belə ki, Şimali Koreya Cənubi Koreyaya doğru daha 310 ədəd “zibil” balonları göndərib. Bu şarların çoxu külək səbəbindən hədəfə çatmayıb. 

 

Qeyd edək ki, təbliğat məqsədilə balonlardan ilk dəfə Cənubi Koreya istifadə edib. Bu ilin mayın 13-də Şimali Koreyaya Pxenyan administrasiyası əleyhinə təbliğat vərəqələri olan təxminən 20 böyük şar göndərilib. Daha sonra Şimali Koreya cavab tədbiri kimi mayın 29-da içində “zibil” olan 150-dən çox şar göndərib. İyunun 2-də isə Cənubi Koreya tərəfi Şimali Koreyanın daha 720 ədəd içində “zibil” olan şar göndərdiyini bildirib.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Boşandıqdan sonra özünə tropik ada almağa qərar verdi - FOTOLAR

60 yaşlı britaniyalı İan Usher (Yan Aşer) köhnə həyatını tərk edərək bütün əşyalarını satmaq qərarına gəlib. O, Karib dənizində özünə tropik ada alıb.  ...

Rəsmi Bakı: "Aİ Fransada etirazçıların öldürülməsinə münasibət bildirməyib"

“Avropa İttifaqı tərəfi Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşır...

Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşdü

Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.   Sfera.az xəbər verir...

Paşinyan Ermənistanda cinayətkarlığın artdığını etiraf etdi

“Təəssüflər olsun ki, statistika olmasa belə, adi gözlə baxanda da Ermənistanda cinayət nisbətinin artması görünür”.   Sfera.az xəbər ver...

Bu məktəbin direktoru İŞDƏN ÇIXARILDI - FOTO

Bakıda məktəb direktoru işdən çıxarılıb. Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki...

Kendal Cenner imicini dəyişdi, pərəstişkarlar tənqid etdi - FOTO

Supermodel, iş qadını və realiti-şou ulduzu Kendall Cenner imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, o, şəkillərini İnstaqramda payl...