Azərbaycan səfiri etimadnaməsini Butan Kralına TƏQDİM ETDİ

Azərbaycan səfiri etimadnaməsini Butan Kralına TƏQDİM ETDİ

Azərbaycanın iqamətgahı Nyu Dehlidə olmaqla eyni zamanda Butan Krallığına təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuka təqdim edib.

 

Bu barədə Sfera.az-a səfirlikdən məlumat verilib.

 

Bildirilib ki, mərasimdən sonra baş tutan qəbul zamanı Butan Kralı səfiri təyinat münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, ölkəsində həyata keçirilən islahatlar, biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi üzrə görülən işlər barədə məlumat verib.

 

Səfir Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edib, 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.

 

Butana səfəri çərçivəsində səfir E.Hüseynli həmçinin ölkənin Baş naziri, xarici işlər və ticarət naziri, Milli Assambleyanın spikeri, Energetika və Təbii Sərvətlər Nazirliyinin katibi ilə görüşüb.

 

Görüşlər zamanı Azərbaycan və Butan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə olunub, parlamentlərarası əlaqələr, təhsil, turizm, ətraf mühitin mühafizəsi, bərpa olunan enerji kimi sahələrdə əlaqələrin genişləndirilməsinə maraq ifadə olunub.

 

Hömsöhbətlərə 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında sədrliyi dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı qlobal mübarizə üzrə ölkəmizin həyata keçirdiyi önəmli tədbirlər, 80-dən çox ölkəyə göstərdiyi humanitar və maliyyə yardımları, təşkilatın institusional inkişafı üzrə gördüyü işlər barədə məlumat verilib. Səfir COP29-a hazırlıq prosesindən danışaraq, bu əhəmiyyətli beynəlxalq tədbirdə Butanın fəal şəkildə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...