TDT Baş katibi Prezident İlham Əliyevi təbrik etdi

TDT Baş katibi Prezident İlham Əliyevi təbrik etdi

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

“Möhtərəm cənab Prezident.

 

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

 

Müstəqillik, suverenlik, bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı qardaşlıq və dostluq zəminində yaradılmış Türk Dövlətlərin Təşkilatının sadiq olduğu təməl prinsiplərdəndir. Azərbaycan Respublikasının təşkilat çərçivəsində tərəfdaşlıq və inteqrasiya proseslərinin inkişafına verdiyi töhfə nəinki üzv dövlətlərimizdə, həmçinin bütövlükdə regionumuzda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə xidmət edir.

 

Əminəm ki, Sizin təşəbbüsünüz əsasında bu ilin iyul ayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

 

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə işlərinizdə yeni uğurlar diləyirəm”.

 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə PAYLAŞIM ETDİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.   Sfera.az payla...

DYP bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, Qurban bayramı ...

Ermənistana məxsus təyyarə Moldovaya buraxılmadı - VİDEO

Ermənistana məxsus olan və Kişinyov-İrəvan-Kişinyov reysi ilə uçan təyyarəyə Moldovanın paytaxtında enişə icazə verilməyib.   Sfera.az-ın Moldovanın ...

FHN əhaliyə MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.   Sfera.az...

Ronaldinyo Braziliya millisinin oyunlarını izləməkdən İMTİNA ETDİ

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ölkəsinin Amerika Kubokundakı görüşlərini izləməyəcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki, bu ba...

DİN: "Ötən gün axtarışda olan 12 nəfər tapıldı"

İyunun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.   Sfera...